10 Yanvar 2017
Mətni dəyiş
Masaçuses Texnoloji İnstitundan bir qrup alim tərkibinə qrafen daxil olan dayanıqlı material hazırlayıblar.
Süngər formasına sahib bu material öz xüsusiyyətlərinə görə poladdan 10 dəfə daha dayanıqlıdır. Təcrübə üçün alimlər modelləri hazırlamaq üçün 3D printerlərdən istifadə ediblər. Onlar iddia edirlər ki, bu halda materialın forması onun tərkibindən daha vacibdir.
Qrafen poladdan 100 dəfə daha sərtdir, elektriki daha yaxşı keçirir və istilik səthində daha yaxşı paylanır. Materialın kütləvi istehsalı elektronika, akkumulyator və yanacaq katalizatorları üçün vacibdir.
Qeyd edək ki, materialla təcrübəyə görə 2010-cu ildə fizika üzrə Nobel mükafatı verilib.