Ötən il Azərbaycandan Avropa Məhkəməsinə 1650 şikayət daxil olub

Ötən il Azərbaycandan Avropa Məhkəməsinə 1650 şikayət daxil olub
26 Yanvar 2017
Mətni dəyiş
2016-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə Avropa  Şurasına üzv ölkələrdən 79 750 şikayət  daxil olub.
APA-nın “unian.net” saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa İnsan Haqları Məhkəməsinin prezidenti Qvido Raymondi deyib.
2015-ci illə müqayisədə 2542 şikayət çox daxil olduğunu deyən Q. Raymondinin sözlərinə görə, şikayətlərin sayı Macarıstan, Rumıniya və Türkiyənin hesabına artıb. Məhkəməyə Ukrayna ilə bağlı 18150 şikayət (22.8 faiz), Türkiyə ilə bağlı 12600 şikayət (15.8 faiz), Macarıstanla bağlı 8950 şikayət (11.2 faiz) daxil olub.
Rusiya ilə bağlı məhkəməyə 7800 şikayət (9.8 faiz), Rumıniya  ilə bağlı 7400 şikayət (9.3 faiz) daxil olub. Növbəti yerləri İtaliya (6200 şikayət -7.8 faiz) və Gürcüstan (2100 şikayət - 2.3 faiz) bölüşür.
Qeyd edək ki, Azərbaycanla bağlı məhkəməyə 1650 şikayət (2.1 faiz) daxil olub. Ermənistanla bağlı şikayətlərin sayı isə 1600 (2 faiz) olub.
Yerdə qalan 11500 şikayət Avropa Şurasının digər 37 ölkəsinin payına düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun