29 Yanvar 2017
Mətni dəyiş
“Oskar” mükafatına namizəd olan iranlı kinorejissor Əsgər Fərhadinin ABŞ-a girişinə qadağa qoyulub. O, fevralın 26-da ABŞ-da keçirilən mükafatlanma mərasiminə qatılmalı idi.
AzadlıqRadiosu-nun məlumatına görə, o, ABŞ hakimiyyətinin hərəkətini qəbuledilməz adlandırıb.
Misir hökuməti Qahirədən Nyu-Yorka uçmaq istyən İraq və Yəmən vətəndaşlarını EgyptAir şirkətinin təyyarəsinə buraxmayıblar. Ancaq onların bütün sənədləri yerində olub.
AB və Yaxın Şərqin, o cümlədən, beynəlxalq miqrasiya təşkilatları ABŞ prezidenti Donald Trampın imiqrasiya ilə bağlı imzaladığı sərəncamdan narahatçılıqlarını bəyan ediblər.
Trampın dekabrın 27-də imzaladığı sərəncamda İran, İraq, Suriya, Sudan, Liviya, Yəmən və Somali kimi müsəlman ölkələrinin vətəndaşlarına ölkəyə giriş 90 günlük qadağan edilib. Qaçqınların qəbulu ilə bağlı ümumi proqram 120 günlük dayandırılıb.
Ölkədə hüquq müdafiəçiləri Nyu-York federal məhkəməsinə müraciət ediblər (azadliq.org).