Nazirlik rəsmisi: "İqtisadi cəhətdən fəal əhalinin 2/3 hissəsi vergi ödəmir"

Nazirlik rəsmisi: "İqtisadi cəhətdən fəal əhalinin 2/3 hissəsi vergi ödəmir"
27 Yanvar 2017
Mətni dəyiş
"Hansısa müğənninin hər hansı ayda toyunun olub-olmamasından asılı olmayaraq o, sabit vergisini ödəməlidir". 
"Report" xəbər verir ki, bunu jurnalistlər və sabit vergi ödəyiciləri üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin departament direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin 2/3 hissəsi vergi ödəmir: "4,5 mln. iqtisadi fəal əhali var. Bunun 1,5 mln.-u əmək haqqından vergi ödəyir. Bəs qalanı hardadır? 3 mln. əhalinin yalnız bir hissəsi sabit vergi ödəyiciləridir. Onlar niyə vergi ödəməsin ki?"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun