12 Yanvar 2017
Mətni dəyiş
Ali Məhkəmədə hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək azadlıqdan məhrum olunan yazıçı-şair Saday Şəkərlinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb. Bu barədə Saday Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılan kasasiya şikayəti təmin edilməyib. Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
Şair ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirib. Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.
Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə dəyişdirilərək onun cəzası 5 ilə endirilib. Müdafiə tərəfi qərarla razılaşmayaraq kasasiya şikayəti verib.