17 Yanvar 2017
Mətni dəyiş
Dağlıq Qarabağ münaqişəsinin həlli mücərrəd deyil və "yalnız Azərbaycanın daxili işi mövzusu deyil”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergery Lavrov bu gün 2016-cı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.
O, xatırladıb ki, 2016-cı ilin aprelində münaqişənin gərginləşməsindən sonra Ermənistan və Azərbaycanın qarşılıqlı ittihamları nəzərə alınaraq insidentin araşdırılması mexanizminin və ATƏT müşahidəçilərinin təmas xəttində müşahidəçilərinin sayının artırılmasının vacibliyi razılaşdırılıb.
“Təəssüf ki, hətta belə sadə məsələ - insidentlərin araşdırılması mexanizmi və təmas xəttində müşahidəçilərin sayının artırılması ATƏT-də konsensuz olmadığından həyata keçirilə bilmir”, - Lavrov söyləyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir dəstə qərarlar mövcuddur: “Hər şeydən əvvəl BMT Təhlükəsizlik Şurası münaqişənin ən qızğın vaxtında qətnamələr qəbul edib və atəşkəsin dayandırılması tələb edilib”.
O qeyd edib ki, işğal olunmuş ərazilərin qaytarılması tələbi hələ də qüvvəsini saxlayır, ancaq bu heç bir halda güc tətbiq etməklə yox və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə olmalıdır.
Lavrovun sözlərinə görə, 2016-cı ilin aprelində regiondakı qanlı hadisələr dərin narahatlıq doğuriur. Bununla belə, o qeyd edib ki, həmin vaxt qan tökülməsinin dayandırılmasında Rusiya vacib rol oynayıb.