Korrupsiyaya Qarşı Mübarizə Komissiyası: "Mövcud qlobal iqtisadi böhrana baxmayaraq..."

Korrupsiyaya Qarşı Mübarizə Komissiyası: "Mövcud qlobal iqtisadi böhrana baxmayaraq..."
9 Yanvar 2017
Mətni dəyiş
"Ölkə iqtisadiyatının şaxələndirilməsi və həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin edilməsi məqsədilə prezident fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilib".
Bu barədə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, keçən il ölkə üçün geniş miqyaslı iqtisadi islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilib. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilib, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılıb və proseduralar sadələşdirilib.
Mövcud qlobal iqtisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkədə qeyri-neft sənayesi inkişaf edib və bütün sosial proqramlar tam icra olunub.
Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-cı yerə, “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb.
Məlumata görə, 2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun