İsrailli blogerin Azərbaycana təhvil verilməsi haqqında qərar çıxarılıb

İsrailli blogerin Azərbaycana təhvil verilməsi haqqında qərar çıxarılıb
7 Yanvar 2017
Mətni dəyiş
Belarusda saxlanan İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar artıq çıxarılıb. Bu barədə yanvarın 6-da sosial şəbəkədə onun tanışı Yekaterina hazırda Minsk istintaq təcridxanasında olan blogerin özünə istinadla bildirib.
“Aleksandr çatdırıb ki, bir neçə gün əvvəl istintaq təcridxanasında güc qurumlarının nümayəndələri ona bildiriblər ki, onun ekstradisiyası haqqında qərar artıq çıxarılıb.
Bakıya çatdırıldıqdan sonra onun dərhal İsrail nümayəndəsinə təhvil verilərək bu ölkəyə göndəriləcəyi haqqında razılıq əldə olunub.
Amma Lapşinə bu razılaşmanı təsdiq edən hər-hansı kağız və ya sənəd verilməyib”, deyə yazır.
Yekaterinanın sözlərinə görə, söhbət zamanı İsrail konsulluğunun və ya Belarus XİN-in nümayəndələri, hətta vəkil belə iştirak etməyib.
İsrail konsulluğundan Lapşinin qohumlarına bildiriblər ki, bununla bağlı heç bir razılaşma yoxdur.
Xatırladaq ki, Lapşin dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanılıb.
Bir müddət əvvəl İsrail XİN Lapşini Azərbaycana təhvil verməmək çağırışı ilə Belarus hakimiyyətinə müraciət edib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz olaraq səfər etməkdə, burada Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə və Azərbaycanı ermənilərin hüquqlarını pozmaqda ittiham etməkdə ittiham edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun