Hafiz Hacıyev yenidən Trump-la görüşməyi planlaşdırır

Hafiz Hacıyev yenidən Trump-la görüşməyi planlaşdırır
22 Yanvar 2017
Mətni dəyiş
"Bizim Trumpla görüşümüz Nyu-Yorkda baş tutmuşdu. Mən Ziya Məmmədovun oğlu kimi bunu reklam etməmişəm".
Bunu modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpla görüşü barədə deyib.
“Mən Trumpla əgər yenidən görüşsəm, ondan bir xahişim olar. Demokratiyanın bərpa olunmasında fəda ol!  Yəni bütün ölkələrdə demokratik cəmiyyətlər daha güclənsin və demokratik bir quruluş yaransın, demokratiyaya böyük hörmət olsun. Bir də terrorçuluqla məşğul olan dövlətlərə qarşı çox sərt mövqe sərgiləməsini istəyərdim. Ən əsas da Ermənistan dövlətinə qarşı”-  deyə partiya sədri qeyd edib.
Hafiz Hacıyev bundan sonra da Donald Trumpla görüşü barədə planlarının olduğunu bildirib.
“Mən mart və ya aprel ayında Vaşinqtona səfər etmək fikrindəyəm. Bu barədə səfirliklə də məsləhətləşmələr aparmışam. Özümün də Amerikada keçmiş əlaqələrim var. ABŞ Senatında mənim dostlarım var. Mənim onlarla əlaqəm nazir olduğum vaxtlardan yaranıb. Telefon əlaqələrim də olub. Çalışacam ki, onlarla da görüşüm olsun və 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı məsləhətləşmələr aparmaq istəyirəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun