Galaxy Note 7 smartfonlarının partlamasının səbəbi açıqlanıb
23 Yanvar 2017
Mətni dəyiş
"Samsung”şirkəti Seulda (Cənubi Koreya) Galaxy Note 7-nin partlaması ilə bağlı keçirilmiş istintaqın nəticələrini açıqladığı konfrans keçirdib.
şirkət xüsusi tədqiqat laboratoriyası yaradaraq 700-ə yaxın işçini istintaqa cəlb edib. Nəticədə işçilər, 200.000 ədəd smartfon və 30.000 ədəd batareyanı incələyiblər. Bundan əlavə olaraq Galaxy Note 7-nin əsas probleminin aşkarlanması üçün "Samsung” həm də digər tədqiqat şirkətlərinə də müraciət etmişdir. Tədqiqat nəticəsi olaraq məlum oldu ki, Note 7-nin təchiz olunduğu hər iki batareya versiyası öz quruluşlarına görə problemli olublar.
İlk batareyalar, qüsurlu mənfi elektrodlar ilə istehsal olunublar. İkinci istehsalçının batareyaları isə istehsal prosesindəki diqqətsizlik ucbatından yararsız halda təqdim olunmuşlar. "Samsung”, batareya sahəsindəki konsultant və mütəxəssisləri, Battery Advisory Group adlı qrup yaradaraq bir araya gətirmişdir. Onlar isə öz növbəsində bataerayaları 8 səviyyəli yoxlanış testlərindən keçirdiblər. Beləliklə şirkət gələcəkdə smartfonların partlaması və digər problemlərin qarşısını alır. Batareyalar qızmaya qarşı, xarici qüsurlara yoxlanılaraq rentgendən keçiriləcək. Daha sonra onları hissələrə ayıraraq müxtəlif cərəyan gücü altında 5 günlük işlək vəziyyətdə yoxlayacaqlar.