Ekvatorial Qvineya OPEC-ə qoşulmaq üçün müraciət edib

Ekvatorial Qvineya OPEC-ə qoşulmaq üçün müraciət edib
24 Yanvar 2017
Mətni dəyiş
Afrikanın ən böyük neft istehsal edən ölkələrindən biri olan Ekvatorial Qvineya 2017-ci ildə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qoşulmaq üçün müraciət edib.
Azərtac xəbər ki, bu barədə Ekvatorial Qvineyanın Mina və Karbohidrogenlər Nazirliyi məlumat yayıb.
Həmçinin Ekvatorial Qvineya OPEC ilə neft hasilatının azaldılması sazişinə riayət edəcəyi barədə razılığa gəlib.
“Bu il gündəlik 32,5 milyon barrel neft istehsal etməyi nəzərdə tutan Ekvatorial Qvineya OPEC-in 14-cü üzvü olmaq üçün müraciət edib”, - deyə ölkənin mina və karbohidrogenlər naziri Qabriel Mbaga Obianq bildirib.
Qeyd edək ki, Ekvatorial Qvineya Afrikanın cənubunda üçüncü ən iri neft və qaz istehsalçısıdır. İllik 10,6 milyard dollar neft və qaz ixrac edən ölkənin ümumi ixracının 95 faizini neft-qaz təşkil edir. Ekvatorial Qvineya neft hasilatını sutkada 12 min barrel azaltmaq barədə öhdəlik götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun