4 Yanvar 2017
Mətni dəyiş
Rövşən Nəsirli
Rövşən Ağayev iddia edir ki, hökümətsiz Azərbaycan iqtisadiyyatı valyutaya tələbatın ən yaxşı halda 50%-ni ödəmək iqtidarındadır, belə şəraitdə tam üzən məzənnəyə keçid mümkün deyil. Mən əkisini düşünürəm, Azərbaycanda indi üzən müzənnəyə keçid üçün gözəl şərait var.
Ən başda deyək, üzən məzənnə ifadəsi yanlışdır. İngilis dilində floating exchange rate olan ifadənin azərbaycancada qarşılığı (türkcədə olduğu kimi) dalğalı məzənnə olmalıdır. Nəyə görə dalğalı məzənnə olmalıdır? Ona görə buna dalğalı məzənnə deyilməlidir ki, bu bayraq kimi (və ya dənizin içində lövbər salmış gəmi kimi) dalğalanır. Bu gün qalxır, sabah enir, bir saat əvvəl qalxır, bir saat sonra enir, bir dəqiqə əvvəl, qalxır bir dəqiqə sonra enir.
Bazar oyunçuları o bir dəqiqə içərisində alıb-satmaqla divident qazanmağa baxırlar. Bu məzənnədə “ay, dollar azdır, dollar çoxdur” söhbəti əsas deyil. Əsas olan bazarın normal işləyişini təmin etməkdir. Bazarda qiymətlər qalxar-enər, bu normal şeydi. Bazar iştirakçılarına pozitiv mesaj verməkdir. Sən bazar oyunçularını inandırsan (inandırsan deyərkən, öz siyasətini sata bilsən, bəzən bazarda iştirakçılar razı olmasalar da, çarxların dönməsi üçün gülümsəyərlər) onlar dollarını satıb manata da keçərlər.
Ayrıca Azərbaycanın tutuna biləcəyi hekayəsi də var. Azərbaycanın 35 milyard Neft fondunda olmaqla, ümumilikdə 39 milyard dollar xarici valyuta rezervi var. Azərbaycanın 2016-ci il büdcə kəsiri (ÜDM-nin) 2%-nin altındadır. (Misal olaraq Rusiya 2016-ci il büdcə kəsiri 3.7%-in üzərində olması gözlənilir, amma rubl keçən il dollar qarşısında 20%-dən çox dəyər qazandı. Ayrıca Rusiyada uçot dərəcəsi 10%, yəni Azərbaycandan (15%) aşağı. Yəni faizlərin bu qədər yüksək olduğu bir yerdə Azərbaycan büdcəsini doldura bilirsə, nəyə desən dəyər).
Bazarda görünməz əl deyilən şey var, riyazi hesablama 2x2 kimi yanaşmaq olmaz. (Bu geniş söhbətdir üzən məzənnənin işləyişi sözlə ifadə edilmir, təcrübədən keçirərək bilmək olar).
Türkiyə Ukrayna kimi ölkələr üzən məzənnəyə əvvəlcədən hazırlaşmadan keçdilər. Türkiyədə 2001-də siyasi iqtisadi kriz vaxtı keçdilər. Ukraynada da 2014-də inqilab vaxtı, Milli Bankın kassası boş olan vaxtı keçdilər. Eləcə də, bir çox ölkə əlacsızlıqdan keçir üzən məzənnəyə. Mərkəzi bankları milli valyutanın dəyərini qorumaq üçün xarici valyuta təmin edə bilmir, kəpənəkləri endirib deyir ki, “satmıram qardaşım, gedin kim hansı qiymətdən istəyir alıb satsın”.
Yuxarıda qeyd elədiyim kimi, Azərbaycan Mərkəzi Bankının 4 milyard dollar rezervi var. Yumşaq eniş etmək üçün lazımdır. Yəni, dollar gün ərzində kəskin oynasa, məsələn, 10% bahalaşsa, müdaxilə edə biləcək dolları var. (Adətən mərkəzi banklar hansı səviyyədə müdaxilə edəcəklərini açıqlamırlar. Nəyə görə? Həm günlük tələbin qarşılanması səviyyəsinə görə, həm də manupulyasiya edib qiymət qaldıranlaranlara prim verməsin deyə. Ay 5-6% bahalaşdıraq onsuzda Mərkəzi Bank 10% bahalaşsa, dollar hərracı keçirib müdaxilə ediləcək deyilən bir şey yoxdur. Olar bilər 1% artanda müdaxilə edər, ola bilər 15% artsa belə satış eləməz).
Rövşən Ağayev niyə belə deyir bəs? Çünki hakimiyyət istəmir oyun qaydalarını dəyişsin, özünü əziyyətə versin. Nefti, dollarını istədiyi kimi xərcləsin, 30-40 ilə yaysın. Ona qədər də Azərbaycan xalqı Şimali Koreya xalqı kimi soğan yeyib yaşamağa öyrəşəcək.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.