Daha bir neçə xarici şirkət bağlandığını elan edib

Daha bir neçə xarici şirkət bağlandığını elan edib
21 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 18-də  “Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycan filialının bağlandığını elan edib.
Turan agentliyinin xəbərinə görə, bu şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərir və xüsusi reagentlərin geniş çeşidini təqdim edir, neft-qaz sənayesində yaranan texniki problemlərin həllini təmin edirdi. Şirkətin təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.
Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlanıb. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bəhri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edilib.
2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirilib. O, bu gün adını dəyişib “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan edib. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun