Daha bir bank kreditləşməni dayandırıb

Daha bir bank kreditləşməni dayandırıb
9 Yanvar 2017
Mətni dəyiş
Azərbaycanda fəaliyyət göstərən banklar bir-birinin ardınca kredit verməkdən imtina edirlər.
Fins.az-ın əldə etdiyi məlumata görə, “Günaybank” kreditləşməni dayandırıb.
Bankdan verilən məlumata görə, istehlak kreditlərinin verilməsi ötən il dekabrın 15-dən bir aylıq müddətə dayandırııb. Səbəb hər ilin yekunları ilə bağlı hesbatların işlənməsidir. İndi bankda kredit portfelinə baxış keçirilir. Yekun qiymətləndirmədən sonra yanvarın ortalarında kreditləşmənin bərpa olunacağı gözlənilir.
Xatırladaq ki, fins.az ötən həftə kredit verən bankların siyahısını təqdim edib. Həmin cədvəldə “Günaybank”ın 2000 manata qədər kredit verdiyi qeyd olunub. Bank həmin kreditləri 22-24%-lə verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun