6 Yanvar 2017
Mətni dəyiş
Avropada yaşayan aktivist musiqiçi Camal Əlinin ailə üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu barədə musiqiçinin özü məlumat verib.
Onun sözlərinə görə, polis "Youtube"da paylaşdığı son ifasını silmədiyi təqdirdə ailə üzvlərini buraxmayacaqları ilə hədələyib.
"Anamı Bakı Şəhər Baş Polis idarəsinə aparıblar. Hal-hazırda ordadır. O biri qohumları da gətirəcəklərini deyiblər. Əvvəlcə dünən gəlib aparıblar Sabunçu Rayon Polis İdarəsinə. Deyiblər ki, oğlunuz mahnı yazıb, onu tuta bilmirik, sizi tuturuq. Şifahi xəbərdarlıq ediblər. Deyiblər ki, silsin "Youtube"dan. Bu gün yenə gəliblər və bu dəfə artıq Bakı Şəhər Baş Polis idarəsinə aparıblar"- deyə Camal Əli bildirib.
Camal Əli heç nəyi silmək fikrinin olmadığını deyir: "İlham Əliyev istefa verərsə, mən də həmin videonu silərəm. Haqq-ədalət yerini tapana qədər fəaliyyətimə davam edəcəyəm".
Camal Əli sonuncu "Heykəl Baba" adlı ifası ilə ölkə rəhbərliyini tənqid edib.
[embed]https://www.youtube.com/watch?v=A63uOHiAWHY[/embed]