Cəbhəçi gənc həbs olundu

Cəbhəçi gənc həbs olundu
10 Yanvar 2017
Mətni dəyiş
AXCP Gənclər Komitəsinin üzvü Nicat Nizamov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə məhkəməyə çıxarılıb.
O, Suraxanı rayon Məkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi gənc polisə müqavimətdə günahlandırılır.
Nicat Nizamov yanvarın 9-u saat 16:00-da yaşadığı evdən Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə aparılıb. AXCP onun həbsini qanunsuz və hökumətin AXCP-yə qarşı sistematik repressiyasının tərkib hissəsi hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun