Azərbaycanla Küveyt arasında çarter uçuşlar həyata keçirilir

Azərbaycanla Küveyt arasında çarter uçuşlar həyata keçirilir
21 Yanvar 2017
Mətni dəyiş
Bu il yanvarın 20-dən etibarən “Azərbaycan Hava Yolları”na (AZAL) QSC-ə məxsus təyyarə ilə Azərbaycanla Küveyt arasında ilk dəfə olaraq çarter reysləri fəaliyyətə başlayıb.
Bu barədə APA-ya Azərbaycanın Küveytdəki səfirlindən bildirilib. Məlumata görə, “Əl-Kazimi Şirkətlər Qrupu” ilə razılaşmaya əsasən, növbəti çarter reysləri fevral, aprel, iyun, iyul və avqust aylarında bir dəfə olaraq həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Küveytə ilk uçuşu ilə bağlı açılış mərasimi keçirilib. Açılışda müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun prezidenti çıxış ediblər.
Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də yanvarın 20-də Azərbaycana ilk çarter reysi həyata keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun