17 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 17-də İsveçrənin yükdək dağlıq Davos kəndində Dünya İqtisadi Forumu (WEF) üçgünlük işinə başlayıb. 100 ölkədən 2,5 min nümayəndə 300 sessiya zamanı əsas leytmotivi qloballaşma və dördüncü sənaye inqilabı mövzusu olan aktual siyasi və sosial-iqtisadi problemləri müzakirə edəcəklər.
WEF ekspertləri forum ərəfəsində belə bir nəticəyə gəliblər ki, bu iki çağırışın yolunda maneə olaraq bir sıra ölkələrin iqtisadiyyatlarında açıqlığın azalması və ya başqa sözlə, qapalılığın artırılması durur, bu, qlobal rəqabətə və çiçəklənməyə zərbə vurur.
Ənənəvi olaraq iqlim dəyişikliyi mövzusu qlobal olaraq qalır. Blombergi-in məlumatına görə, energetika nəhəngləri neft və kömür istifadəsindən uzaqlaşan dünya üçün öz bizneslərini formalaşdırır. İstehsalçılar elektrikli nəqliyyat vəsaitlərinə real pul yatırır. Banklar bərpa olunan elektrik enerjisi mənbələri üzrə layihələrə kredit ayırmaq istəyir. Ambisiyalı məqsədlərə nail olmaq 2030-cu ilə qədər 13,5 trln. Dollar xərc tələb edə bilər – Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, - bu da biznes üçün imkanların miqyasını göstərir. Təkcə keçən il təmiz enerji üçün investisiyalar 287,5 mlrd. dollar təşkil edib, - New Energy Finance tərəfindən toplanmış məlumatlar bunu göstərir.
Davos Forumunun saytında Azərbaycan prezidenti Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” məqaləsi də dərc olunub. Bu sammit əsərinin əsas xətti dünya güclülərinə ölkədə hər şeyin sabit, nəzarət altında olduğu və yuxarılarda dünya iqtisadiyyatının və milli iqtisadiyyatın böhranının hiss olunmadığı haqqında mesaj daşıyır.
Ötən ilki “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı Davos məqaləsində olduğu kimi, Əliyev gələcəklə bağlı heç bir istiqamət vermir, bu da onun radikal iqtisadi və siyasi islahatlardan mümkün qədər qaçmağa davam edəcəyini, dünya neft bazarlarında sabitləşməyə qədər vaxt udmağa çalışacağını göstərir.
Demək olar ki, bu dəfə prezident Əliyev özü-özünə zidd gedib. Hələ bir il əvvəl elə həmin forumda yanvarın 20-23-də Alpda keçirilən sammitdə o, ilk dəfə neftin qiymətinin düşməsi və manatın devalvasiyası nəticəsində daxili qeyri-sabitliyə gətirib çıxaran rejimin strateji səhvini etiraf edib. “Yeni energetika balansı” mövzusunda sessiyada CNN aparıcı redaktoru Con Defteriosun sualına cavabda Əliyev təxminən belə deyib: “Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə (neft qiymətlərinin üç dəfə düşməsi – red.) bizim üçün gözlənilməz oldu. Eyni zamanda, bu, iqtisadiyyatımız üçün zərbə oldu”.
Yəni Əliyev etiraf edib ki, ölkənin bütün inkişaf strategiyası neft hasilatı, onun qiyməti və bütünlükdə neft amili haqqında əsassız hesablamalara əsaslanırdı. Yəni o, dolayısıyla etiraf edib ki, iqtisadiyyatın kəskin tənəzzülü iqtisadiyyatın sabitliyini və tarazlığını təmin edə bilməyən qeyri-neft sektorunun zəifliyindən irəli gəlib.
Həmin vaxt Tuan agentliyi xəbərdarlıq edirdi ki, “bu taktika ölkə üçün yaxşı heç nə vəd etmir, çünki belə olan halda qeyri-sabit rejimin inkişafı perspektivi ilə xarici təcridliyin davam etməsinə şərait yaradacaq.
Demək olar ki, ötən ilin prosesləri və yekunları bu proqnozu təsdiq edib. Bu isə öz növbəsində Azərbaycanın daxili və xarici problemlərinin dərinləşməsinə və ssenarinin arzuolunmaz inkişafına şərait yaradacaq”.
Prezidentin qələbə ritorikasına baxmayaraq, qeyd etmək lazımdır ki, onun Alpa səfəri kəşfiyyat xarkateri daşıyır və onun gələcək addımları – Azərbaycan bazarının sabitliyinin və qapalılığının davam etdirilməsi və ya “açıq qapılar” islahatlarının həyata keçirilməsi məlumatlı mənbələrlə görüşlərin nəticələrindən asılı olacaq.
Qeyd etmək lazımdır ki, son iki ildə dərin iqtisadi böhranın mövcudluğu ilə əlaqədar Davos məclisləri Azərbaycan üçün mühüm olub. 2015-ci ildə manatın birinci devalvasiyası haqqında qərar sammitdən dərhal sonra təcili qəbul edilib, ikinci devalvasına 2015-ci il dekabrın 19-da İsveçrə səfərindən sonra qəbul edilib. Və nəhayət, islahatlar haqqında qərar ötən ilki Alp forumundan sonra səslənməyə başlayıb. Bundan əvvəl isə Amerikanın Azərbaycanda islahatlardan imtina olunduğu halda rəsmi Bakıya qarşı sanksiyalar tətbiq ediləcəyi haqqında təşəbbüsü gəlmişdi.
Elə həmin vaxt Turan proqnozlaşdırırdı ki, bu siyasət fonunda “2016-cı ildə neft qiymətləri avtoritar ölkələri maliyyə ehtiyatlarının azalması və gözlənilən siyasi sanksiyalar səbəbindən qaça bilməyəcəkləri islahatlara təşviq etmək üçün aşağı olaraq qalacaq. İl həmçinin Dünya Bankının adını çəkdiyi ölkələrlə ABŞ arasında münasibətlərin qurulmasında da dönüş nöqtəsi olacaq. Daha böyük ehtimalla Azərbaycan hökumətinin çağırışlara qulaq verəcəyini və növbəti dövr üçün qaçılmaz vəzifə kimi islahatlara başlayacağını gözləmək olar”.
Əliyev bunu başa düşürdü. Onun sitatı: “Doğrudur, dünya iqtisadiyyatı bir qədər zəifləyib, sürətlər bir qədər azalıb, amma neftin üç dəfə ucuzlaşmasına gətirib çıxaracaq qədər yox. Şəxsən mən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir və onun məqsədi sirdir, Azərbaycan isə bundan əziyyət çəkir”.
Hazırki Davosda prezident Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suma Çakroborti ilə görüşüb. Görüş haqqında məlumat az olub. Amma ehtimal etmək olar ki, Əliyev AYİB-dən Avropanın iradlarının istiqamətləndiyi iqtisadiyyatın şaxələndirilməsi sahəsində kömək istəyə bilərdi. Ötən Davosda Çakroborti qeyd edib ki, Sovet iqtisadiyyatı yeni müstəqil ölkələrin iqtisadiyyatından daha çox şaxələndirilmişdi.
AYİB hələlik Azərbaycana yardım etməkdən çəkinən, kömək üçün mütləq şərt kimi ölkədə islahatları irəli sürən maliyyə təşkilatlarından biridir. Amma bu yaxınlarda Əliyevin təklif etdiyi İslahatların Yol Xəritələri deklarativ xarakter daşıyır, bu da oprativ işçi sənəd kimi yol xəritəsinin mahiyyətinə uyğun deyil. Bununla əlaqədar olaraq, müəyyən müsbət struktur dəyişiklikləri və iqtisadi dəyişikliklər gözləmək olar, amma onlar əsaslı xarakter daşımayacaq, prezidentin Davos məqaləsi də buna dəlalət edir. Bu ziddiyyətli vəziyyətin Davossonrası dövrdə Azərbaycanın həyatının bütün sahələrində dramatizm yaşadacağını gözləmək olar.