Azərbaycanda vertolyotla uçuşlar təşkil olunacaq

Azərbaycanda vertolyotla uçuşlar təşkil olunacaq
30 Yanvar 2017
Mətni dəyiş
“Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətləri təklif edir.
Fins.az-ın verdiyi məlumata görə, uçuşlar ölkənin istənilən istiqamətinə həyata keçirilir.
Qeyd eədk ki, SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland  AW-139  kimi vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.
Qaydalara  görə, sifariş ərizəsi ən azı uçuşdan 3 iş gün əvvəl verilməlidir. Şəhər üzərində ucuş yalnız Azərbaycanın xususi dövlət orqanlarından icazə alınmalıdır  – icazə alınması ən azı 7-10 gündür.
Bütün uçan sərnişinlər sığortalanır. Həmçinin, uçuşlar yalnız ölkə daxilində həyata keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun