4 Yanvar 2017
Mətni dəyiş
"Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır".
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, Qafqazda yaradılmış üçlü mexanizmlər uğurlu şəkildə davam etdirilir. Türkiyəli nazirin sözlərinə görə, Türkiyə Azərbaycanla birlikdə Qazaxıstanla da üçlü mexanizm formalaşdırmağı düşünür.