Azərbaycan böhrandan çıxa bildi?

Azərbaycan böhrandan çıxa bildi?
27 Yanvar 2017
Mətni dəyiş
"Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz. Böhranın çıxış nöqtəsi durumu daha real dəyərləndirməkdən başlayır. Çünki, gerçək vəziyyəti təhrif etmək böhrana qarşı mübarizənin effektini aşağı salır".
Abzas xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində Ziyafət Əsgərovun "Azərbaycan böhrandan çıxa bildi" fikirlərinə bu cür münasibət bildirib.
İqtisadçı deyib ki, MDB ölkələri arasında ən dərin iqtisadi tənəzzül məhz Azərbaycanda qeydə alınıb:
"Rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ÜDM-i 5,4 faiz azalıb, milli iqtisadiyyat isə 3,8 faiz kiçilib. Azərbaycan MDB məkaınında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub və həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb".
Qubad İbadoğlu dünyada iqtisadi böhranın davam etdiyinə dair deyilənə da cavab verib.
"Ötən ilin ilkin məlumatlara görə dünyada qlobal artım isə orta hesabla 3,2 faiz, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üzrə orta hesabla 4,1 faiz olub."- deyə iqtisadçı bildirib. 
Belə bitmiş fikir Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovə məxsusdur. O qeyd edib ki, "dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun