Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.
Abzas.net xəbər verir ki, bu barədə Azər Qasımlının özü məlumat verib. Onun sözlərinə görə, dindirmə 2 saatdan artıq çəkib.
Qeyd edək ki, Azər Qasımlının vəkili Elçin Sadıqov dindirmədə iştirak etmək istəsədə prokurorluğun işçiləri buna imkan verməyiblər. Vəkil bu cür halları müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib.
Yanvarın 27-də hökumətyönümlü haqqın.az saytında REAl İdarə Heyətinin üzvlərinin İran səfirliyinin nümayəndələləri ilə görüşü barədə yazı dərc olunub. Həmin yazıda siyasi təşkilat İranla əməkdaşlıqda ittiham olunur. Həmin məlumatdan sonra Baş Prokurorluq məlumat yayaraq, REAL-la bağlı araşdırmaya başladıqlarını bildirib