Azər Qasımlı həbs oluna bilər

Azər Qasımlı həbs oluna bilər
31 Yanvar 2017
Mətni dəyiş
Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Azər Qasımlı həbs oluna bilər.
Abzas.net-in xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədəki səhifəsində yazıb.
Vəkilin sözlərinə görə,  prokurorluq əməkdaşları onun vəkil qismində Azər Qasımlı ilə prokurorluğa girməsinə imkan verməyib. Elçin Sadıqov bunu müdafiə tərəfinin hüququnun pozulması kimi qiymətləndirib.
"Bu gün saat 13.00 da Azər Qasımlı ilə birlikdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə birlikdə getsək də məni Azər Qasımlı ilə birlikdə içəri keçməyə qoymadılar. Vəkili olduğu halda Azər Qasımlının müdafiə hüququnu kobud şəkildə pozub onun iştirakı ilə istintaq hərəkətləri aparırlar.
Məni buraxmadıqlarına görə güman edirəm ki, onu təqsirləndirilən şəxs qismində cəlb edib həbs qətimkan tədbiri seçəcəklər".
Vəkil Elçin Sadıqov prokurorluqda vəkilsiz dindirildiyinə görə Azər Qasımlını təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçiləcəyini güman etdiyini bildirib.
Xatırladaq ki, Yanvarın 27-də hökumətyönümlü haqqın.az saytında REAl İdarə Heyətinin üzvlərinin İran səfirliyinin nümayəndələləri ilə görüşü barədə yazı dərc olunub. Həmin yazıda siyasi təşkilat İranla əməkdaşlıqda ittiham olunur. Həmin məlumatdan sonra Baş Prokurorluq məlumat yayaraq, REAL-la bağlı araşdırmaya başladıqlarını bildirib.
Azər Qasımlının daha əvvəl yanvarın 28-i eyni işlə bağlı dindirilib. Azər Qasımlıdan əlavə REAL-ın digər funksionerləri, Natiq Cəfərli və Erkin Qədirli də prokurorluqda dindiriliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun