8 Yanvar 2017
Mətni dəyiş
Çinin eyniadlı axtarış sisteminə sahib Baidu şirkəti, hökumətdən Pekində onlayn bankın yaradılmasına icazə alıb. Bu barədə IBS Intelligence portalı məlumat verir.
Onlayn bank Baixin Bank adlanacaq. Layihənin hazırlanmasında China CITIC Bank da iştrak edəcək. Sistemin nə zaman işə başlayacağı açıqlanmayıb.
Fiziki şəxslərin və kiçik sahibkarların kreditləşməsi, investisiya məhsulların satışı bankın əsas xidmətlərindən olacaqdır. China CITIC Bank rəhbəri Li Qingping açıqlamasında Baixin bank bazarda insanlara aktivlərini idarəetməyə yardımcı olacaq bir şirkət kimi çıxış edəcək.
2015-ci ildə Çinin digər bir nəhəng şirkəti olan Alibaba Group özünün mobil bank sistemi olan Mybank sistemini, Çinin internet proveyderi olan Tencent də Webank adlı analoji servisi istifadəyə verib.
Qeyd edək ki, Baidu Çinin ən popular axtarış sistemidir. Axtarış sayına görə Google-dan sonra ikinci yerdədir.