Avropa Məhkəməsinin qərarlarına görə hökumət qanun dəyişir?

Avropa Məhkəməsinin qərarlarına görə hökumət qanun dəyişir?
24 Yanvar 2017
Mətni dəyiş
Ötən il təklif olunan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizmin dəyişdirilməsi barədə qanun layihəsi hazırlanıb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi parlamentin 2017-ci ildə yaz sessiyasının iş planına daxil edilib.
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə təşkilatın üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun