AŞPA prezidenti: "İlqar Məmmədov azad edilməlidir"

AŞPA prezidenti: "İlqar Məmmədov azad edilməlidir" Foto: sosial media
24 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 23-də yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilən Pedro Argamunt həbsdə olan Real hərəkatının lideri İlqar Məmmədovun azad olunmasına çağırıb. Azadlıq Radiosunun məlumatında belə deyilir. 
AŞPA prezidenti Azərbaycan hakimiyyətinə müraciət edərək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmasına baxmayaraq, İlqar Məmmədovun hələ də həbsdə saxlandığını xatırladıb. O, İlqar Məmmədovun məsələsini növbəti dəfə Azərbaycan hakimiyyəti qarşısında qaldıracağını da bildirib.
Buna da bax:​ “Cənub qaz qazamatı” – İlqar Məmmədov həbsxanadan yazır
AŞPA prezidenti Qarabağ münaqişəsinin həll olunmadığından, AŞPA-nın bu problemin həllinə yardım edə bilməməsindən təəssüfləndiyini də bildirib. P. Agramunt Azərbaycan-Ermənistan cəbhəsində 2016-cı ilin aprel döyüşlərini yada salıb. Baş verənləri təhlükəli hal adlandırıb. O, hesab edib ki, durum indi də istənilən vaxt alovlana bilər.
P.Agramunt son bir ildə Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun