6 Yanvar 2017
Mətni dəyiş
AŞPA Monitorinq Komitəsinin məruzəçiləri – deputatlar Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) yanvarın 12-14-də Azərbaycanda olacaqlar.
Səfərdə məqsəd ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir. Bu barədə AŞPA-nin mətbuat xidməti məlumat yayıb.
Məruzəçilərin səfəri “Avropa Sabitlik Təşəbbüsü (ESI)” beynəlxalq QHT tərəfindən “Kürü diplomatiyası-2” sənədinin açıqlanması fonunda həyata keçirilir. Sənəddə AŞPA-da Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri tərəfindən assambleya üzvlərinin ələ alınmasına dair faktlar yer alıb.
Rəsmi Bakı bu ittihamları şərh etməyib.