Almaniyanın ən iri bankı "Deutsche Bank" 630 milyon dollar cərimələnib

Almaniyanın ən iri bankı "Deutsche Bank" 630 milyon dollar cərimələnib
31 Yanvar 2017
Mətni dəyiş
Almaniyanın ən iri bankı Deutsche Bankın (Döyçe Bank) müştərilərinin ABŞ və İngiltərədə "çirkli pul" yumalarına səbəb olduğu üçün bu iki ölkəyə təxminən 630 milyon dollar cərimə ödəməsinə qərar verilib.
Deutsche Bank haqqında ABŞ və Böyük Britaniyada çirkli pul yuma ittıhamı ilə bir neçə ildir davam edən hüquqi proses, bankın ABŞ və İngiltərə rəsmilərilə razılaşması ilə nəticələnib.
Bankın ABŞ-ın Nyu-York ştatının Maliyyə Xidmətlər Vahidinə 425 milyon dollar, Britaniyanın Maliyyə Davranış İdarəsinə isə 204,46 milyon dollar ödəməsinə qərar verilib.
Amerikan və İngilis maliyyə orqanlarının apardığı istintaqa,
Deutsche Bankın Rusiyadakı müştərilərinin Moskvada rubl ilə aldıqları səhmləri, əsasən həmin gün ərzində eyni müştərilərlə əlaqəli şirkətlər tərəfindən London və Nyu-Yorkda Deutsche Bank üzərindən dollarla almaqla təxminən 10 milyard dollar çirkli pul yuduqları müəyyən edilmişdi.
İngiltərənin bazar dəyəri baxımından ən böyük bankı olan HSBC də daha əvvəl "çirkli pul yuma" ittihamları ilə bağlı olaraq ABŞ-a 1,9 milyard dollar razılaşma bədəli ödəmək məcburiyyətində qalmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun