ABŞ səfirliyinin nümayəndələri REAL rəhbərliyi ilə görüşüb
28 Yanvar 2017
Mətni dəyiş
Bu gün Respublikaçı Alternativin ofisində hərəkatın İcra Katibi Natiq Cəfərli və İdarə Heyəti üzvləri Erkin Qədirli, Azər Qasımlı və Rəsul Cəfərov ilə ABŞ səfirliyinin Siyasi şöbəsinin müdiri Zia Syed və səfirliyin təmsilçisi William Solley arasında görüş keçirilib.
Abzas.net REAL-a istinadən xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər, inkişaf perspektivləri, REAL Sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son 2 gündə REAL-a qarşı artmaqda olan təyziqlər müzakirə edilib. Görüşün sonunda müzakirələrin davamlı aparılması qərara alınıb.
Qeyd edək ki, yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadənin REAL Hərəkatı rəhbərləri ilə görüşüb.
Yanvarın 27-si hökümətyönümlü KİV bu görüşü "İran xəfiyyəsi REAL-a pul ayırdı" başlığı ilə tirajlayandan sonra baş prokurorun göstərişi əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırma başlanmışdı.