ABŞ səfirliyi Robert Sekuta barədə yayılan məlumatlara cavab verib

ABŞ səfirliyi Robert Sekuta barədə yayılan məlumatlara cavab verib
6 Yanvar 2017
Mətni dəyiş
“ABŞ-ın xarici xidmətlər sahəsində uzun müddət yüksək səviyyədə çalışmış səfir Robert  Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir”.
Bu barədə yeni prezident Donald Trump-ın inauqurasiya mərasimindən sonra xarici ölkələrdəki səfirləri, o cümlədən Robert Sekutanı geri çağıracağı barədə məlumatlarla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib.
Bildirilir ki, ABŞ prezidentini təmsil edən səfirlər prezidentinin təyinatı əsasında çalışırlar.
Qeyd edək ki, “New-York Times” qəzeti bəzi diplomatlara istinadən yazıb ki, Donald Trump  inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş  də göndərilib.
Donald Trump-ın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun