ABŞ-da xam neft ehtiyatları artıb

ABŞ-da xam neft ehtiyatları artıb
26 Yanvar 2017
Mətni dəyiş
ABŞ-da həftəlik xam neft ehtiyatları 2,8 milyon barel artıb.
Marja.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi, ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə bir əvvəlki həftəyə nisbətən 2,8 milyon barel (0,6 faiz) artımla 488,3 milyon barelə çatdığını açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 2,8 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,3 milyon barel artım göstərmişdi.
ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək, sözügedən həftədə 695,1 milyon barreldə qalıb.
Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 17 min barrel artaraq 8,96 milyon barrelə çatıb.
Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 568 min barel azalaraq 7,81 milyon barelə enib. ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftədə 6,8 milyon barel (2,8 faiz) artaraq 253,2 milyon barelə çatıb. Bazar gözləntisi 0,5 milyon barel artım olması istiqamətində idi.  Benzin ehtiyatları əvvəlki həftə 6 milyon barrel qalxmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun