Yük daşımalarından ildə 2,5 milyard dollara qədər qazanc əldə edilə bilər

Yük daşımalarından ildə 2,5 milyard dollara qədər qazanc əldə edilə bilər
7 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan yük daşımalarından ildə təqribən 2,5 milyard dollar qazanc əldə edə bilər.
Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib: "Əgər ildə Azərbaycan ərazisindən 50 milyon ton yükün keçməsinə nail ola bilsək, hər tondan təqribən 50 dollar qazanmaqla hər il 2,5 milyard dollar gəlir əldə edəcəyik".
Cavid Qurbanov qeyd edib ki, bunun üçün illər tələb olunur, belə ki, dünyanın diqqətini Azərbaycana cəlb etmək lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun