24 Sentyabr 2016
Mətni dəyiş
Vəkil Əsabəli Mustafayevin şəxsiyyət vəsiqəsi qüvvədən salınıb.
Bu barədə vəkil sosial şəbəkədə məlumat paylaşıb:
"İndi də şəxsiyyət vəsiqəmi qüvvədən saldılar. Xarici pasport qüvvədən salınıb, şəxsiyyət vəsiqəsi qüvvədən salınıb. Bu ölkə ilə məni bağlayan rəsmi heç nə qalmadı. Sonra nə olacaq? Vətəndaşlığı olmayan şəxs kimi deportasiya edəcəklər? Nəyə ümud edirlər? Şəxsiyyət vəsiqəsi kimi şəxsiyyətin özünün də qüvvədən düşməsini? Və ya digər ölkələrdən pasport istənilməsini? Bunları heç ağıllarına da gətirməsinlər".
Vəkil onu da qeyd edib ki, şəxsiyyət vəsiqəsini qüvvədən salınması onun 26 sentyabrda keçiriləcək referendumda səsvermədən də kənarlaşdırır.