Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyi ola bilər
22 Sentyabr 2016
Mətni dəyiş
Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklifi edilib.
Bunu Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri İsmayıl Alper Coşkun deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan bir-birinə sıx bağlıdır: “Türkiyə heç vaxt Azərbaycanı maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır. Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür”.
İ.A.Çoşkun bəzi ölkələrdə Azərbaycanla Türkiyənin eyni səfirliyinin olması təklifi ilə çıxış edib: “Çünki hədəflərimiz, maraqlarımız eynidir”.