Telefonunu söndürdü və rəqib komandaya transfer oldu - FOTO

Telefonunu söndürdü və rəqib komandaya transfer oldu - FOTO
1 Sentyabr 2016
Mətni dəyiş
Avropada 2016/2017 mövsümü yay transfer pəncərəsi 1 Sentyabr gecə saat 00.00 etibarilə sona çatarkən, xüsusilə son gün maraqlı hekayələrə səhnə olub.
Sissoko telefonunu bağladı!
"Premyer-Liqa"da transfer pəncərəsinin ən əhəmiyyətli oyunçularından olan fransız yarımmüdafiəçi Moussa Sissoko, "Everton" və "Tottenham" klublarını bir-birinə rəqib edərkən, ortaya inanılmaz iddialar atıldı.
Ada mətbuatını sarsan iddiaya görə, "Everton" klubu 27 yaşındakı oyunçunun gətirilməsi üçün xüsusi təyyarə hazırlayıb və futbolçunun tibbi müayinədən keçməsi üçün bütün prosesləri yekunlaşdırıb. Ancaq baş məşqçi Ronald Koemanın Sissokoya zəngindən sonra klub gözləmədiyi xəbərlə şok olub: "Moussa telefonunu bağlayıb".
Bütün bu hadisələrin yaşanmasının ardından isə fransız yarımmüdafiəçinin "Tottenham" ilə razılaşdığı açıqlanıb.
"Tottenham", EURO 2016-da mükəmməl futbol sərgiləyən oyunçu üçün "Newcastle United"a 35 milyon avro ödəyib.
Sissoko 2021-ci ilə qədər "White Hart Lane"də yerli komandanın uğurları üçün çalışacaq.
sissoko-sport-large_trans++IjSdv-kovZVed7evFzR15jTY0dL4Fb9WkubAfttXDZ8

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun