Siyasi məhbusun atası ölüm aclığına başlayır

Siyasi məhbusun atası ölüm aclığına başlayır
23 Sentyabr 2016
Mətni dəyiş
"Gülənçi" ittihamı ilə həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədov oğlunun həbsinə etiraz olaraq ölüm aclığına başlayır. Bu barədə Zəfər Əhmədov öz "facebook" səhifəsində yazıb. 
"23. 09.2016 tarixdən saat 17:00-dan oğlum Fuad Əhmədlinin qeyd-şərtsiz azad olunması tələbi ilə ölüm aclıgı elan edirəm. Nə qədər ki gücüm var, burdayam. Kim mənimlə qalır-təşəkkür. Gedənlərə yaxşı yol".
Qeyd edək ki, Fuad Əhmədli bu il avqustun 18-də saxlanıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İstintaqın iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fəthullah Gülənin əsərləri tapılıb. Vəkil isə ittihamları rədd edir.
[caption id="attachment_5688" align="alignnone" width="1066"]Fuad Əhmədli Fuad Əhmədli[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun