Rio 2016 Paralimpiya Oyunları bu gün başlayır

Rio 2016 Paralimpiya Oyunları bu gün başlayır
7 Sentyabr 2016
Mətni dəyiş
Rio 2016 Paralimpiya Oyunları bu gün başlayacaq. Yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15-də)  "Marakana" stadionunda açılış mərasimi keçiriləcək. 
160 ölkədən olan 4 148 idmançının qatıldığı Rio Paralimpiya Oyunları sentyabrın 18-ə qədər davam edəcək.Yarışlara sentyabrın 8-dən start veriləcək.
Azərbaycan 2016 Rio Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır.
İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftin növlərində 44 medal uğrunda mübarizə aparacaqlar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun