Referendumda seçki məntəqələrində quraşdırılacaq "web-camera"ların sayı açıqlanıb

Referendumda seçki məntəqələrində quraşdırılacaq "web-camera"ların sayı açıqlanıb
21 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda sentyabrın 26-a təyin edilmiş referendumda seçki məntəqələrində "web-camera"lardan istifadə məsələsinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "web-camera"lardan istifadə Azərbaycanın seçki təcrübəsində geniş yayılıb. Onun sözlərinə görə, kameralar vasitəsilə səsvermə prosesini gün ərzində canlı müşahidə etmək mümkün olacaq ki, bu da seçkinin şəffaf keçirilməsi barədə hər hansı şübhəyə əsas verməyəcək: "Azərbaycanda mövcud olan seçki məntəqələrinin 20 faizində "web-camera"lardan istifadə olunur.
Bu il də bu təcrübədən istifadə ediləcək. Bu il 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində "web-camera"lar quraşdırılacaq. İşğal olunmuş ərazilər istisna olunmaqla, ölkə ərazisinin hər yerində "web-camera"lar tətbiq ediləcək və vətəndaşlar gün ərzində səsvermə prosesini canlı müşahidə edə biləcəklər".
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun