29 Sentyabr 2016
Mətni dəyiş
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “heykəl” məhbusu Qiyas İbrahimin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.
Proses sentyabrın 29-u saat 17.00-da keçiriləcək.
Qeyd edək ki, Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə bu il mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.