Bu gün Milli Məclisin keçirilən plenar iclasında Yeni Azərbaycan partiyasının deputatı Məlahət İbrahimqızı Meydan TV və "Sancaq" facebook səhifəsinin fəaliyyətindən danışıb.
O bildirib ki, bu səhifələr bağlansa yaxşıdır, çünki həmin səhifələrdə dövlət rəhbərinə qarşı cəfəng məlumatlar yayımlanır.
[video width="640" height="360" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/ce8320be-5353-4964-91f9-a2652749f43d.mp4"][/video]
İnternet üzərindən yayımlanan bir sıra televiziyaların fəaliyyəti ilə bağlı sərt çıxış edən M.İbrahimqızı həmçinin internet vasitəsilə yayımlanan bir sıra televiziyaların fəaliyyəti ilə bağlı münasibət bildirib.
“Bizi kimsə mətbuatda tənqid etsə də, az qalırıq ki, o saat məhkəmələrə müraciət edək. Mən o yazıların hamısını “screenshot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələlərlə bağlı boşluq var".
Deputat bildirib ki, payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edir. o deyib ki, dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər.