21 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Varşavada ATƏT-in illik tədbiri öz işinə başlayıb. Tədbirdə NİDA Vətəndaş Hərəkatının nümayəndə heyəti də iştirak edir.
NİDA-nın beynəlxalq əlaqələr koordinatoru Nəcmin Kamilsoy da çıxış edib. Tədbirin əsas mövzularından biri toplaşma və birləşmə azadlığıdır.
N.Kamilsoy Azərbaycandakı insan haqqlarının pozulmasından, hətta icazəli aksiyalar zamanı insanların həbs olunmağından danışıb. O bildirib ki, referenduma təklif olunan dəyişikliklər hakimiyyəti daha da avtoritarlaşdıracaq və siyasi iştirakı daha da azaldacaq.
Tədbirdə həmçinin Nida üzvü Turqut Qəmbər də iştirak edir.