"Neftçi" yeni baş məşqçi və icraçı direktorun adını açıqlayıb

"Neftçi" yeni baş məşqçi və icraçı direktorun adını açıqlayıb
14 Sentyabr 2016
Mətni dəyiş
Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan “Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.
Əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.
Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun