AŞ Nazirlər Komitəsi Azərbaycana sanksiya xəbərdarlığı edib

AŞ Nazirlər Komitəsi Azərbaycana sanksiya xəbərdarlığı edib
23 Sentyabr 2016
Mətni dəyiş
Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 20-21-də keçirilən iclasında Azərbaycanda müxalif REAL hərəkatının lideri İlqar Məmmədovun azad edilməməsini Avropa İnsan Hüquqları və Azadlıqlarının pozulması kimi dəyərləndirib.
Bakının AİHM-nin İlqar Məmmədovun işi üzrə qərarını icra etməkdən imtinasını müzakirə edən Nazirlər Komitəsi qərar qəbul edib. Qərarda deyilir ki, Məmmədovun azad edilməməsi Avropa İnsan Hüquqları Konvensiyasının AİHM qərarlarının mütləq icrasını tələb edən 46.1-ci maddəsinin pozulması deməkdir.
Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü olaraq yerinə yetirməyə çağırıb. Bu zaman hökumətin Nazirlər Komitəsinə Məmmədovun işi üzrə məlumat verməkdən imtina etməsi ilə bağlı narahatlıq ifadə olunub.
Komitə Azərbaycan Ali Məhkəməsinin səmərəli müddətdə Məmmədovun şikayətinə baxacağına ümid ifadə olunub, deyə qərarda bildirilir.
Bu qərarı şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, Nazirlər Komitəsi ilk dəfə olaraq Azərbaycanla bağlı 46-cı qərara istinad edir.
Bu maddənin 4-cü bəndinə əsasən, AİHM-nin qərarlarının icrasından yayınan ölkə sanksiyalara məruz qala bilər. Başqa sözlə, Nazirlər Komitəsi AİHM-nin qərarı icra edilmədiyi təqdirdə Azərbaycana qarşı sanksiyalar tətbiq edilə biləcəyinə işarə edir.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşlar təşkil etməklə bağlı qondarma ittihamla həbs olunub və 7 il müddətinə azadlıqdan məhrum edilib. AİHM 2014-cü ilin mayında Məmmədovun həbsinin qanunsuz olduğunu etiraf edib və onu azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun