Nazirin anası İzida Məmmədyarova referendumda vəsiqəsiz səs verib

Nazirin anası İzida Məmmədyarova referendumda vəsiqəsiz səs verib
26 Sentyabr 2016
Mətni dəyiş
22 saylı Nəsimi seçki dairəsinin 24 və 25 saylı məntəqələrində olan Abzas.net-in müxbiri məlumat verib ki, məntəqədə qeydiyyatı olmayan çoxlu sayda insan səs verməyə gəlir.
Hətta xariciləri səs verməyə gətiriblər, məsələ 22 saylı Nəsimi seçki dairəsinin 24 və 25 saylı məntəqələrinə özbəkistan vətəndaşları gətiriblər. Həmçinin, 2 saylı xəstəxana və 268 nömrəli məktəbin işçiləri 22 saylı dairədə məntəqələrə gedərək səs verib.
[caption id="attachment_10358" align="alignleft" width="242"]İzida Məmmədyarova İzida Məmmədyarova[/caption]
22 saylı Nəsimi seçki dairəsinin 24 və 25 saylı məntəqələri 164 saylı məktəbin binasında yerləşir. Bu məntəqələrə gələn qeydiyyatsız, sənədsiz vətəndaşlara və xarici vətəndaşlara məktəbin direktor müavini göstəriş verir.
25 saylı məntəqədə başqa bir ciddi hadisə baş verib. Vətəndaş İzida Məmmədyarova sənədsiz, vəsiqəsiz səs verib. Bu zaman müşahidəçilər məntəqə üzvlərindən soruşanda ki, bəs sənədsiz səs vermək olmaz, məntəqə isə üzvləri bildiriblər ki, o xarici işlər naziri Elmr Məmmədyarovun anasıdır.
   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun