Müxalifət AŞPA Dəyərləndirmə Missiyası ilə görüşüb

Müxalifət AŞPA Dəyərləndirmə Missiyası ilə görüşüb
27 Sentyabr 2016
Mətni dəyiş
Sentyabr ayının 25-də Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, REAL hərəkatı icra katibi Natiq Cəfərli Aleksandr Nikoloskinin rəhbərlik etdiyi AŞPA dəyərləndirmə missiyası ilə görüşüblər.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda da Azərbaycanda sentyabr ayının 26-da keçirilən Referendumu Dəyərləndirmə Missiyasını daxildir.
Görüş zamanı Referendum Aktı ilə bağlı geniş fikir mübadiləsi edilib. Venetsiya Komissiyasının sənədə verdiyi rəy haqqında ətraflı müzakirə olub. Görüşdə Cəmil Həsənli və Əli Kərimli Milli Şuranın sentyabrın 11 və 17-də keçirdiyi kütləvi mitinqlərl haqqında AŞPA-nın Dəyərləndirmə missiyasının üzvlərinə geniş məlumat veriblər. Azərbaycan üzrə həm məruzəçi cənab Şennak 17 sentyabr mitinqdə saxlanılanlar və həbs olunanlarla bağlı bir sıra dəqiqıəşmələr aparıb.
REAL təmsilçisi Natiq Cəfərlinin həbsi ilə bağlı məsələlər ətrafında da müzakirələr açılıb. Natiq bəy həbsinin səbəbləri, istintaq prosesi, REAL-ın Təşəbbüs qrupu yaratmaq cəhdləri və hakimiyyətin repressiyalr yolu ilə buna mane olması haqqında missiya iştirakçılarına məlumat verib.
Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli referenduma çıxarılan əlavə və dəyişikliklərin anti-konstitusiyon xarakteri, bu dəyişikliklərin xalqın deyil, bir ailənin maraqlarına yönəldiyi, hakimiyyətin normal referendum və seçki keçirmək istəyindən uzaq olması barədə AŞPA nümayəndələrinə geniş məlumat vermiş və Azərbaycan cəmiyyətində öz nüfuzunu itirmiş AŞPA üçün refererendumu qiymətəndirmək məsələsinin bir sınaq məqamı olduğu vurğulanmışdır.
C.Həsənli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının 2015-ci il parlament seçkilərinə  və hazırkı referenduma dəvət edilməməsini qurumun 2013-cü il prezident seçkiləri zamanı nümayiş etdirdiyi prinsipial mövqe ilə bağlı olduğunu bildirmişdir. O, xatırlatmışdır ki, Azərbaycanda son prezident seçkiləri zamanı bu təşkilat ölkənin ən böyük siyasi tədbirində 58 faiz saxtakarlığa yol verildiyini rəsmi şəkildə açıqlamışdı.
AXCP sədri Ə.Kərimli AŞPA ilə bağlı “Kürü diplomatiyası” və digər neqativ halları yada salmış, təmsil etdikləri təşkilata münasibətdə etimadın bərpa olunmasının bu və ya digər dərəcədə Dəyərləndirmə missiyasının Referendumu nə dərəcədə obyektiv qiymətləndirəcəklərindən asılı olacağını xatırlatmışdır.
Görüş zamanı müxalifət nümayəndələri AŞPA nümayəndələrinin bir sıra suallarını cavablandırmışlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun