Moody’s: Azərbaycan sərmayəyə nəzarəti həyata keçirə bilər

Moody’s: Azərbaycan sərmayəyə nəzarəti həyata keçirə bilər
6 Sentyabr 2016
Mətni dəyiş
Moody's Azərbaycanla bağlı son hesabatında qeyd edir ki, ölkədə ən böyük valyuta böhranı nizamlanmadığı üçün Azərbaycan hansısa tənzimləmə yolları barədə yenidən düşünə bilər, Bloomberg xəbər verir.
"Sərt pul siyasəti bank sistemində dollar çatışmazlığının "effektiv" həllini təmin etməyib," hesabatda deyilir. Yaranmış qıtlıq o dərəcədə ciddidir ki, bir çox banklar dollar satışını dayandırıb, məlumatda deyilir.
Bazar ertəsi Bakının mərkəzində yalnız bir bankın, AzərTürk Bankın hər bir şəxsə 200 dollardan artıq olmayaraq xarici valyuta satdığı və bankın önündə böyük növbənin yarandığı bildirilir.
"Hazırki məhdud likvidlik vəziyyəti hansısa nəzarətin həyata keçirilməsinə gətirib çıxara bilər, əks halda əməliyyatlar paralel bazarlarda baş tutacaq," Moody's təhlilçiləri bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun