30 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb.
İclası parlamentin sədri Oqtay Əsədov açıb.
Daha sonra dövlət himni səsləndirilib.
İclasın gündəliyinə 31 məsələ daxildir.
Bu sıraya "Meliorasiya və irriqasiya haqqında", "Mühasibat uçotu haqqında", "Poçt haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Aviasiya haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarına əlavə və dəyişikliklərdir. Bundan başqa, iclasda Azərbaycan hökumətinin bir sıra dövlətlərlə imzaladığı sazişlərin təsdiq edilməsi və s. daxildir.