28 Sentyabr 2016
Mətni dəyiş
SpaceX şitkərinin rəhbəri, biznesmen Elon Musk, Meksikanın Qvadalaxara şəhərində, 67-ci Beynəlxalq Astronavtika Federasiyasının konfransında Marsın kolonizasiya planını təqdim edib.
SpaceX şirkətinin təsisçisi, çıxışda Marsın kolonizasiyası üçün nəzərdə tutulan planetlərarası nəqliyyat sistemi - ITS (Interplanetary Transport System) haqqında danışıb, sistem vasitəsilə yarım əsrdən sonra qırmızı planetə artıq milyon nəfərin koloniyalara aparılacağı bildirib.
Muskın fikrincə, həyatda qalmaq üçün başqa planetlərin kolonizasiya edilməsi lazımdır. Bu məqsəd üçün Mars hələlik ən yaxşı seçimdir. Belə ki, qonşu Venera çox isti, Yupiter və Saturnun koloniya yaratmağa yararlı peykələri isə çox uzaqdır. Əslində isə bu peyklərin kolonizasiyası növbəti mərhələ olmalıdır.
Marsda, Yerin iqliminə maksimum bənzər şəratin yaradılması bir necə yüz il çəkə biləcəyi də qeyd olunub.
Hal-hazırda, Marsa bir insanın göndərilməsi 10 mlrd dollara qiymətləndirilir. Musk bu qiymətin ucuzlaşdırılması üçün partnyorlardan maliyyə yardımı almaq niyyətindədir. SpaceX ilə sıx əməkdaşlıq edən NASA isə layihəyə ehtiyatla yanaşır.
Musk, 200 nəfərlik idarəolunan gəmi hazırlamağı təklif edir. Uçuş təqribən 140 gün, yüklərin daşınması isə hər ton üçün 140 min dollar təşkil edəcək. Gəmi Marsda əldə edilməsi asan olan metan qazı ilə işləyəcək. Ümumilikdə gəminin diametri 12m, hündürlüyü 122 m olması nəzərdə tutulub. Bundan əlavə, gəmilərin köməyi ilə yerin istənilən nöqtəsinə yüklərin daşınması mümkündür. Bu yolla yüklərin daşınması maksimum 45 dəqiqə çəkəcək.
Heart of Gold adlanacaq ilk gəminin nə vaxt Marsa göndəriləcəyi daha bəlli deyil. Musk, ilk kolonizatorların Yerə geri dönəcəyinə də zəmanət vermir.