Mərkəzi Bank metal pul nişanları ilə bağlı açıqlama yayıb

Mərkəzi Bank metal pul nişanları ilə bağlı açıqlama yayıb
7 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankından (AMB) “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı barədə yayılan məlumatlara münasibət bildirilib.
Bankdan verilən məlumata görə, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.
Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir.
Mərkəzi Bankdan bildirilir ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Anoloji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun