22 Sentyabr 2016
Mətni dəyiş
Bu gün 14 saylı Cəzaçəkmə müəssisəsində hakim Rəşad Məmmədovun sədrliyi ilə AXCP gənclər komitəsinin üzvü Elvin Abdullazadənin vaxtından əvvəl həbsdən azad edilməsi barədə şikayətinə baxılıb.
Vəkil Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə şikayət təmin edilməyib. Hakim bunu Elvin Abdullazadənin 2015-ci ilin dekabrında 6 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən töhmət alması ilə əsaslandırıb.
Qərardan apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, Elvin Abdullazadə Cinayət Məcəlləsinin 234.3 maddəsi ilə 6 il müddətinə həbs edilmişdi. Ali məhkəmə həmin maddəni 234.1-ə tövsif edib onun cəzasını 2 il yarıma endirmişdi. Elvin Abdullazadənin artıq ona tədbiq olunan cəzanın yarıdan çoxunu, 1 il 8 ayını çəkib.